Читаем Leyli və Məcnun полностью

Bir xəbər tutunca tez Ibn-SəlamTələsdi vədəyə versin sərəncam.Şahlıq cəlalilə, dəbdəbəsiləKeçirmək istədi Leylini ələ.Çoxlu xəzinəylə elçi gəldilər.Xalvarla qənd gəldi, batmanla ənbər.Nafə müşkü ilə mədən ləlləriBəzədi büsbütün qumlu çölləri.Geyinsin, bəzənsin deyə o dilbər,İpəklə yükləndi gələn dəvələr.Atlardan «ərəbi», «bəxti», «təkavər»Gətirdi ağıla sığmayan qədərİnsan döyüşdürən qızıllar ki, var,Qum kimi dağıdıb səpirdi onlar.Qızılı qum kimi səpdikcə yenə,Sanki qum tökürdü düşmən gözünə.Nəydi o səxavət, nəydi o rəftar!O böyük calala heyran qaldılar.İki gün dincəldi o yol yorğunu,Elçini çağırıb öyrətdi onu.Elçinin cadulu bir dili vardı,Daşı xəcalətdən yumuşaldardı.Sözü Isa kimi can təzələrdi,Ölülər yenidən dilə gələrdi.Alıb Rum elindən, Çindən, Məkkədən,Peşkəşlər gətirdi nadir şeylərdən.Elçi xəzinəylə düşdü yollara,Hamsını çatdırdı xəzinədara.Öz şirin dilinin açarı iləGizlin xəzinəni o açdı belə:— Aslan ürəklidir bizim qəhrəman,Ərəbin fəxridir, şənidir, inan.Nəsəb sahibidir, adlı-sanlıdır,Böyükdür, nəcibdir o çox şanlıdır.Siz qan istəsəniz, qum kimi tökər.Davadan-dalaşdan azad olaraq,Onunla səadət taparsan ancaq.Elçi bu sözləri dediyi zamanQızcığın atası qalmışdı heyran.Sonra, məsələnin əslinə yetdi,Qəbul etdiyini etiraf etdi,Bu işi qızına o rəva gördüAyı əıdəhanın ağzına verdi.Sabah günəş doğub şölə salanda,Cəmşidin camını ələ alandaBəylik xələtini rus oğlu aldı,Ərəb damadının çiyninə saldıGəlinin atası çıxdı eşiyə,Çadırı bəzədi, bayramdır deyə.O, qonaq çağırdı Ibn-Səlamı,Şadlıq məclisində əyləşdi hamı.O, keyf məclisini sevinclə qurdu,Ona layiq olan bir zinət vurdu.Ərəb qaydasınca onlar bir yerdəÖncə sınan əhdi bağladı bir də.Göylərə sovurdu pul tufanınıSüd həqqinə girov dedi canını.Qızın otağında onlar bu səhərTünglərə nə qədər şəkər tökdülər.O kiçik ağızlı, qaragün sənəmƏtir yandırırdı ud kimi o dəm.Ətir dağıdırdı ah çəkən qəlbi,Göz yaşı tökürdü gülablar kimi.Ləli od verirdi, bulağı da su,O, ənlik qayırır, gülab yayır bu.Yarı çatmışdısa bu gün murada,Muradsız qalmışdı özü dünyada.Ağıza çatarkən düşüb sındı cam,Qoğalı bişmişkən dönüb oldu xam.Qaydadır, ayağa batar hər tikan,Od ağız yandırar ağıza qoysan.Kim ki, müxalifət göstərə bir az,Heç kimin əmrinə o qulaq asmaz.Öz qəbiləsinə asi olan şəxsOnunla bir yerdə yaşaya bilməz.Barmağın birini çalarsa ilan,Barmaq kəsilməsə zəhərlənər can.Təbə can dərmanı olmuş məhəbbət,Ölümə səbəbdir hər müxəlifət.Ruhu şənləndirən Leyli ki, vardı,Ixtilaf üzündən canlar alardı.Şahlıq çırağından alışıb yanan,Çıraqla gəzirdi onu hər zaman.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики