Читаем Leyli və Məcnun полностью

<p>MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ</p>Açdı gözlərini yuxudan səhər,Sarı köynək geydi o mavi göylər.Güldü o sarı gül, o göylər qızı,Dünya başdan-başa geydi qırmızı.Məcnun xəzan görmüş gül kimiydi, ah!Gözündə ağlardı gülüzlü sabah.Bu sonsuz sulara od düşən zamanO da gəmisini çəkirdi sudan.Günəşdə yandıqca əli, ayağı,Nəfəsdən düşmüşdü günorta çağı.Çılpaq qaldığından o, kölgələr təkOturdu bir ağac kölgəsində tək.O hündür ağacın kölgəsində, bax,Sular axışırdı şırıldayaraq.Göy kimi, girdə bir hovuz ki, vardı,Suyu kövsər kimi parıldayardı.Onun dövrəsini almışdı otlar,Yaşıl geyinmişdi o yerdə bahar.Ciyəri istidən kababa dönənO sudan doyunca içərək həmən,Kar kimi, lal kimi dinib danışmaz,Ayaq saxlayaraq dincəldi bir az.O yaşıl çəmənə heyran qalmışdı,O gözəl ağacı seyrə dalmışdı.Budaqda qaraca bir qarğa vardı,Gözü çıraq kimi işıq salardı;Gözəllər saçı tək qaraydı rəngi,Baxdıqca oxşardı qəlbi, ürəyi.Saleh bir quş idi o yazıq qarğa,Salehilər kimi geymişdi qaraSakitcə durmuşdu budaqda o quş,Sanki mina üstə şəvə oturmuş.Məcnun fikrə getdi görəndə onu,Duydu qəlblərinin bir olduğunu.«Sən, ey yas libaslı, aç, söylə barı,Nədir əynindəki bu yas paltarı?Nədəndir, gecənin rəngi var səndə?Qara günlərəmi düşmüsən sən də?Qəmə mən yanıram, alışansa sən,Mənim əvəzimdə qara geymisən.Ürəyin yanıqlı deyilsə bu dəmNədən qaralmısan, ey dərdli həmdəm?Sinən yanmamışsa, zavallı qarğa,Sinəsi dağlıdan qaçma uzağa.Zənci rəngi yağır sənin rəngindən,Bəlkə də, soyğunçu hindu kimisən.Bəlkə də, mən şaham, sən mənə çətir,De, nədən qarasan? Açıq söylə bir.Canana rast gəlsən, ərz elə ki, mənOnun həsrətiylə düşmüşəm əldən.Mənim dadıma çat, yetiş amandır,Dadıma yetməsən halım yamandır.Demişdin, əlindən tutaram bir dəm,Qorxuram bu həsrət gözümdə öləm.Bir göz kor olarsa, ey nazlı nigar,Tutiya verməyin nə mənası var.Canavar quzunu aparsa əgər,Çobanın hay-küyü nə fayda verər.Sel ki, bir binanı dibdən uçurar,Poladdan olsa da neyləsin divar.Bir əkin yerini vursa quraqlıq,Yağışın mənası qalarmı artıq?Məcnun dil oxunu atır uzağa,Budaqdan-budağa uçurdu qarğa.Məcnun danışdıqca coşub daşırdı,Qarğa da uçmağa hazırlaşırdı.O söhbət açdısa əfsanələrdən,Qarğa dərdlə uçdu durduğu yerdən.Gecə qarğa kimi geyindi qara,Yarasa göz açdı qaranlıqlara.Göydə çıraq kimi yandı ulduzlar,Qarğa gözü kimi parladı par-par.Məcnun çıraq kimi söndü, qaraldı,Sanki gözlərini qarğa apardı.Yanan bir şam-kimi o sinə dəftərGöz yaşı tökürdü səhərə qədər.<p>QARININ MƏCNUNU LEYLININ QAPISINA APARMASI</p>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики