Читаем Leyli və Məcnun полностью

<p>LEYLININ IBN-SƏLAMIN EVINƏ KÖÇMƏSI</p>Günəş səhər-səhər yuxudan durdu,Çadrını göy rəngli gülşəndə qurdu.Gecə səyyarəsi alışıb yandı,Nil rəngli Dəcləyə tərəf yollandı.Sevincək yerindən sıçradı damad,Kəcavə bəzədi ürəyi çox şad.Elə ki, əyləşdi kəcavədə qız,Onu çox hörmətlə aparıb yalnız,Taxtını, tacını tapşırdı ona,Dedi, hakim olsun bu gözəl sona.Keçdi iki-üç gün, həya üzündənO mumu səbr ilə yumşaltdı, bilsən.Xurma ağacına bir gün əl atdı,Xurmalı budağa o əl uzatdı.Lakin, o, Leylidən bir zərbə aldı,Ağrıdan sustalıb yerində qaldı.Qızın silləsindən o birdən-birə,Cansız ölü kimi sərildi yerə.Qız dedi: «Bir daha belə iş görsən,Təqsiri məndə yox, özündə gör sən.Mənim surətimi qurub bəzəyənBöyük sənətkara and içirəm mən,Qanımı töksə də sənin inadın,Hasil olmayacaq məndən muradın».Bu and təsir etdi Ibn-Səlama,O da razılaşdı quru salama.Bildi ki, sevməyir onu bu nigar,Qəlbinin bambaşqa bir çırağı var.Lakin o məğrurluq üzündən yenə,Yox deyə bilmirdi öz ürəyinə.On dörd günlük o ay, o nazik bədənBunu da salmışdı eşqiylə əldən.Dedi: «Mən ki, düşdüm onun eşqinə,Uzaqdan da görsəm, bu bəsdir mənə.Quru bir baxışla şadlansam da mən,Bu xoşdur, ömürlük yad düşməyimdən.Dedi ki: — Qarşında çoxdur günahım,Keç bu təqsirimdən, ey qibləgahım.Quru tamaşana razıyam, inan,Namərdəm çəkilsəm bu iqrarımdan».O da ömr elədi, dözdü bu dərdə,Başqa təmənnası olmadı bir də.Həsrət içindəydi o bağ bəzəyi,Yollarda qalmışdı gözü, ürəyi.Bəlkə, xoş xəbərlə əsən bir küləkMəcnundan ona bir toz gətirəcək.Ağlaya-ağlaya döyüb köksünə,Çadırdan çıxardı yollar üstünə.Bülbüldən yaralı bir səsi vardı,O, sərxoşlar kimi addım atardı.«Aşiqim hardadır» söylədikcə qız,Öz incik ruhuyla yaşardı yalnız.Nə səbri qalmışdı, nə də qərarı,Dərddən axıtdıqca o göz yaşları,Onun gizli sirri düşdü dillərə,Eşqi günəş kimi güldü ellərə,Üzülməz qəmlərin sarsıntısındanƏr, ata qorxusu qalxmış ortadan.Sövda ki, soxulur insan ruhuna,Ər, ata qorxusu neyləyər ona?<p>LEYLININ ƏRƏ GETMƏSINDƏN MƏCNUNUN XƏBƏR TUTMASI</p>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики