Читаем Leyli və Məcnun полностью

O göylər pərisi günəş yananda,Səhər pərdəsindən baş qaldırandaHər baxış bəzənib durdu bağ kimi,Hər göz də parladı, bir çıraq kimi.Məcnun da qaçırdı qarğa kimi tək,Bir şam axtarırdı pərvanələr tək.Basıb köç yolunda tikanlıqları,Qaçırdı cananın yurduna sarı…Canan qoqusunu havadan duydu,Bir anlıq əlini köksünə qoydu.Elə bil, canlandı ölmüş bir bədən,Dayanmış bir ürək çarpdı yenidən.Uzaqdan bir qarı göründü bu dəm,Yanınca gəlirdi bir talei kəm.Zəncir vurulmuşdu o divanəyə,O da şadlanırdı, xoşbəxtəm deyə…Qarı çox sürətlə addım atırdı,Boynu zəncirlini çəkib dartırdı.Məcnun o əsiri gördüyü zamanQarıya and verib dedi: «Bir dayan,Kimdir yanındakı bu zəncirli kəs?Neçin zəncirlidir bu divanə şəxs?»Qadın cavab verdi: «Düzünü desəm,Divanə deyildir, bu talei kəm,Mən dulam, bu da bir kasıb insandır,Bunun da, mənim də günümüz qandır.Ah, bizi salmışdır yoxsulluq əldən,Bunu zəncirlərə bağladım ki, mənƏsir sifətində gəzdirim barı,Gəzib dolandırım bu obaları,Gəzək şəhər-şəhər, həm ölkə-ölkə,Bir ovuc yem tapam evimə, bəlkə.Bundan əlimizə düşənləri bizİkicə hissəyə bölək tər-təmiz.Bir toz da qalmasın haman ruzidən,Nə tapsaq, bölüşək biz onları tən».Məcnun, qol-qanadı sınmışlar kimi,Yıxıldı qarının ayağına ki:«Aç onun boynundan o zənciri sən,Gəl mənim boynuma bağla əlinlən.O divanə deyil, divanə mənəm,Çünki mən layiqəm zəncirə bu dəm.Hayana istəsən, al apar məni,Üzü qaralıqla gəzdir ölkəni.Bu işdən əlinə nə düşsə hər gün,Yalnız sənin olsun onlar büsbütün».Qadın bu şikarı görüncə həmən,Nə qədər şad oldu bu təsadüfdən.Atıb yoldaşını, çox razı qaldı,Zənciri Məcnunun boynuna saldı.Qadın zəncirlədi yazıq Məcnunu,Boynuna ip salıb apardı onu.Gəzdirdi aşiqi o diyar-diyar,Bir yerdə dayanıb tutmadı qərar.El yazıq aşiqi görüncə darda,Gülənlər də oldu, ağlayanlar da.Qafillər Məcnuna baxıb gülürdü,Aqillər gözündən yaş tökülürdü.Ayağında buxov, boynunda zəncirMəcnun tənələrə dözürdü bir-bir.Bir çadır yanına yetişdi birdən,Od, alov parladı nəğmələrindən.O «Leyli» dedikcə, daşlar yeyirdi,Daş altda rəqs edib canan deyirdi.Qadın yedəyində çəkdi Məcnunu,Leyli qapısına gətirdi onu.Çəmənin nəsimi ona dəyəndəDayandı sərv tək yaşıl çəməndə.Aşiq o çəməndə ağladı zar-zar,Sanki ilk baharda yağdı buludlar.O, yerə baş döyüb deyirdi: «Canan,Özündən ayrıyam, dərdinlə həmcan.Zəncirdən, quyudan qaçdığım üçünYanında təqsirkar olmuşam bu gün.Indisə zəncirdə sızlayır bədən,Verdiyin cəzaya şadam ürəkdən.Yanında çox oldu mənim günahım,Üzürsüz gəlmişəm, ey qibləgahım.Bil ki, hakimimsən, məhkumam sənə,Öz bildiyin kimi cəza ver mənə.Qılınc vurmağıma baxma, ey sənəm,Sənin hüzurunda yenə əsirəm.Atımı sürdümsə siz tərəfə mən,Min yara almışam mən öz zərbəmdən.Ayağım etdisə dünən bir günah.Bu gün baş qoymuşam ayağına, ah!Sizə ox atdısa bu sınmış əlim,İndi zəncirlidir o da, gözəlim.O zaman bir günah etdimsə əgər,Bəsdir bu çəkdiyim ağır cəzalər.Qıyma ki, bu cürə zəlil olum mən,Bir dəfə canımı çıxar bədəndən.Səndən özgəsinə meyl etsə ürək,Gəl, məni xaç kimi çarmıxlara çək.Ey vəfasızlığı vəfadan parlaq,Xətadır yanında xətasız olmaq.Qarşında xətasız dayanıb bu dəm,Özümü xətaya düçar edirəm.Bəlkə vəfa görəm bu yolla səndən,Ya da atdığın ox keçə sinəmdən.Nə qədər ki sağam salamımı sənAlıb bir başıma əl çəkməyirsən.Razıyam, gəl öldür məni, ey mələk,Öldür ki, başıma əlin dəyəcək.Bir qılınc endir ki, başıma, cananMən olum qapında kəsilən qurban.Mən İsmayıl kimi saxlaram ədəb,İncisəm, qoy olum İsmayılməzhəb.Şam kimi alışıb yanır bədənim,Qorxmaram başımı qoparsan mənim.Bir şamın başını qoparanda biz,O, baş ağrısından xoş olar şəksiz.Ayağın altında can verib ölsəm,Sənsiz yaşamaqdan bu xoşdur, nə qəm.Madam ki bağlıdır yanına yolum,İşim ah olacaq, qurbanın olum!Başım ayrılmayır qəmdən, qüssədən,Səninsə başını ağrıtmayım mən.Istəsən başından dərd uzaq olsun,Dərd mənəm, qoy ölüm, başın sağ olsun».Deyərək, ox kimi qalxdı yerindən,Tutub parçaladı zənciri birdən.Qəmlərdən şadlanan o bəxti qaraDağ vəhşisi kimi qaçdı dağlara.Nəcdə çatan kimi inləyib durdu,Özünə ox kimi sillələr vurdu.Ondan soraq alıb getdi qohumlarGörünməmiş bir hal gördülər onlar.Atası, anası ağlayıb qəlbən,Artıq əl üzdülər o divanədən.Heç kəsə yovuşmaz görüb Məcnunu,Yalnız özbaşına qoydular onu.Gördülər yamandır onun bu halı,Leylini axtarır darğın xəyalı.Yanında başqa bir söz danışsalar,Özünü döyərək tutmazdı qərar…
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики