Читаем Leyli və Məcnun полностью

Bağdad ellərinin söz yaradanıBelə nəql eyləyir bizim dastanı:Boyun zəncirini qırmış o dəli,Yenicə ay görmüş başı zədəli,Bağrı kabab olmuş, sərxoş xəyallı,O xaraba kəndli, viran mahallıGəzirdi çölləri gözlərində qəm,Dərd idi, ah idi qəlbinə həmdəm.Yarından bir qoqu gətirsəydi yel,Gülərdi yaz kimi ürəyi tel-tel.Cananın can verən xoş qoqusundanƏnbərə çalardı rəngi hər zaman.Ruhu əyləndirən o xoş ənbərdənZövq alıb təsəlli tapardı hərdən.Müğilan dibində o bəxti qaraZəlil tək düşmüşdü yaş torpaqlara.Xəyalı çaşaraq düşmüşdü əldən,O seçə bilmirdi tikanı güldən.Bu vaxt dəvə üstə bir nəfər insanKeçdi gürzə kimi onun yanından.O bədbəxt əsiri görüncə yolçu,Dəvəni saxladı, dedi: «Nədir bu?»Bağırdı bu zaman o bir nər kimi,Səsləndi ətrafa qafillər kimi:«Sən, ey bu varlıqdan xəbərsiz olan,Bütpərəstlər kimi yaşayan insan,Yazıqsan, o bütdən daha üz döndər,Bütlərdə tapmazsan vəfadan əsər.Bu yolda bir işıq yanmayacaqdır,Yox bil o yarı ki, gözdən uzaqdır.Bu işdən işsizlik özü əfzəldir,O yardan yarsızlıq daha gözəldir.Ona öz könlünü tapşıranda sənBilməzdin olacaq o sənə düşmən.Düşmən sevgilindir, çıxdı vəfasız,Dostluq peymanını sındırdı o qız.Səni xırman kimi o verdi yelə,Səni yad, etməyir bir zərrə belə.Onu bir cavana ərə verdilər,Indi gəlin oldu sən sevən dilbər.Bir də öz ərini o rədd etmədi,Ondan baş götürüb uzaq getmədi.O indi keyf çəkir nəşə bağında,Hər gecə dəmlənir ər qucağında.Öpüşmək olmuşdur peşəsi artıq,Sən onun dərdini çəkirsən, yazıq.O, gözdən uzaqdır, könüldən iraq,Sənəyi daşa çırp, o qızı burax.O səni salmayır illərcə yada,Gəl onu bir dəfə unut dünyada.Qadın bir deyildir, minlər ilə var,Lakin öz əhdini tez pozur onlar.Əhdi-vəfa sözü yazıldığı dəmQadınlar adına çəkildi qələm.Qadın, doğrudan da, səni çox sevərSəndən yaxşısını tapana qədər.Başqa birisinə olunca həmdəm,Səni görmək belə istəməz bir dəm.Qadında kişidən çoxdur ehtiras,Ölsə də dünyada muradsız qalmaz.Qadın düz oynamaz heç bir oyunu,Çətindir hiylədən ayırmaq onu.Qadınlar dərdini çox çəkdi insan,Vəfa görünmədi heç bir qadından.Bir kişi qadına bağlansa, inan,Vəfasız bir qadın yaxşıdır ondan.Qadın əyləncədir, saxtadır, qardaş,Zahiri sülh olur, batini savaş.Aləmə bəladır düşmən olsa o,Ölümdür qan üçün onun dostluğu.Bir işi gör, desən, əlini vurmaz,Onu görmə, desən, kənarda durmaz.Sən dərdlənən zaman sevinib gülər,Sən şadlanan zaman o dərddən ölər.Qadınların işi belədir, aşkar,Pis arvadın uzun macərası var».Bəd heybət ərəbin lağ-lağ sözündənMəcnunun sinəsi od tutdu həmən.Yenə ahlar çəkdi o birdən-birə,Düşdü üzü qoylu quş kimi yerə.O qədər döydü ki, başını daşa,Qızardı gül kimi daş başdan-başa.Libas parçalanmış, can parçalanmış,Yıxıldı daşlığa o bağrı yanmış.O əfsun oxuyan şaşırdı birdən,Peşiman olmuşdu dediklərindən.Dağdan çox uzağa getməmiş, yolçuGördü ki, təzədən huşa gəldi bu.Dönüb min üzr ilə gəldi iləri,Dedi: «Nahaq dedim mən bu sözləri.Bir sözdü, uydurub dedim yalandan,Gəl məni əfv elə, yanılar insan.Bir zarafatımla incitdim səni,Canımı verərəm, əfv etsən məni.Pərdə dalındadır o canan indi,Qırıqdır sən kimi onun da qəlbi.Onunla öz tayı, öz əri belə,Bir gecə baş-başa yatmamış hələ.O qıza başqası kəsmişsə nigah,Səndən üzməmişdir öz əlini, ah.Yoxdur səndən özgə muradı, kamı,Bir sənsən dünyada onun adamı,Dəqiqə başına o gözəl cananSəni xatırlayır, yad edir, inan.Bir ildən artıqdır gəlin gedəli,Möhrünü saxlayır vəfalı əli.Min il keçsə belə, yenə də sənsizO qızdan bar yemək çətindir, şəksiz».Yalançı yalanı dedikcə gerçək,O iki üzlünü Məcnun görərək,Azaldı qüssəsi, dərdi bir qədər,Dözdü ağrılara canı bir təhər.Başına vurduğu zərbədən yazıqQanadsız quş kimi olmuşdu artıq.Ləl axırdı onun yaşlı gözündən,Vəfa axtarırdı hər beyti, bilsənİşinin nə sehri, nə sonu vardı,Nə yarı bu dərddən xəbər tutardı.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики