Neçin alçaqlara boyun əyirsən?Oyuncaq olursan namərdlərə sən?Nə üçün boynuna min yük alırsan?Zalımın zülmündən razı qalırsan?Qəlbi yumşaqlığı bir dəfə unut,Çiynini dağ kimi ucalıqda tut!Sən də süsən kimi ipəkdən olsan,Səni saf torpaq da yaralar, inan!Zəlillik ürəyə ağrılar salar,Zülmə dözənlərin sonu olar xar.Tikan tək çiynində tut yarağını,O vaxt qucaqlarsan gül budağını.İnsanı sarsıdar göz yaşı, nalə,Ah çəkib, of deyən yetməz kəmalə!Saqi, zaman keçir, durma, qardaşım!Şərab ver, doludur fikirlə başım!O, bir çıraq olsun yolçu keçəndə,Gəncləşsin qocalar onu içəndə.
PAHŞAHLARIN QULLUGUNU TƏRK ETMƏK
Bir-iki rind ilə get müsahib ol,Axtar bu dünyada qürursuz bir yol.Zərrəylə dur otur, gün işığı tək,Cəmşid sarayının fikrindən əl çək!Padişah puluna tikmə gözünü,Qanun kəməndinə salma özünü!Şahlar məclisindən kənar ol, kənar!Pambıq od görəndə alışıb yanar.O od doludursa işıqla əgər,Ondan uzaq olan asudə gəzər.Işıq alırdısa pərvanə şamdan,Yandı məclisinə düşdüyü zaman.Saqi! Şərab gətir, könüldə qəm var,Şərabla qəmləri dağıtmaq olar.Ver o şərabı ki, safdır gümüş tək,Onunla qəmlərdən qurtarır ürək.
İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL UZATMAMAQ
Razı qal cahanda öz qismətindən,Özgənin haqqını çeynəmə gəl sən.Bir də ayağını öz yorğanındanArtıq uzadanlar bədbəxtdir, inan.Bir quş ki, həddindən artıq ucalar,Özünü fəlakət yoluna salar.Ilan düz getməsə yoluyla əgər,Özünə sarılıb, dolaşıq düşər.Silaha sarılsa bir zahid axmaq.Onun qazandığı sillə olacaq.Aslanla döyüşə çıxsa tülkülər,Bilinər kimdədir qılıncla hünər.Saqi! Baş qızdıran şərab ver görək.Piyalən hər zövqü oxşasın gərək!Bir şərab gətir ki, qəlb açsın yenə,Can versin Keyqubad xəzinəsinə.
ŞADLIQ VƏ QƏNAƏT
Şadlığı bir yaşat təbiətinlə,Şad ol öz qismətin, öz nemətinlə.Insanlardan başqa bütün canlılarQənaət evində tutmuşdur qərar.Ruzi arxasınca onlar da qoşar,Nə tapsa, onunla keçinib yaşar.Ruzi olmasa da kifayət qədər,Nə küsər, nə də ki, şikayət edər.Yalnız insan oğlu doymayan zamanŞikayət sədası ucalar ondan.Əlindən tikəsi itsə bir kərə,Naləsi, fəryadı çıxar göylərə.Düşəndə damına bir damcı yağış,Buludu töhmətlər, dilində qarğış.Insan daşa tutar günəşi yerdən,Ona arpa boyda daş dəysə birdən.Çalış, işıq kimi ap-ağ olasan!Pisdən və yaxşıdan uzaq olasan!Su kimi aləmə həyat ver, can ver,Hər rəngə uyğunlaş, dərdə dərman ver!Saqi! Bəhanəni ortadan götür,Zərdüştü, şərabı məclisə gətir.O mey ki, məclisə işrət bəxş edər,Döyüşdə silaha qüvvət bəxş edər.