Читаем Leyli və Məcnun полностью

Saqi, harda qaldın? Mən meypərəstəm!Doldur piyaləni, onsuz da məstəm!O, göz yaşım kimi saf olan şərabAşiq məzhəbində sayılır səvab!Onu bu umudla içirəm ki, mən,Qurtara könlümü dərddən, ələmdən.Yolumun üstündə duran şirə bax,O şir-qəm şiridir, onu azdıraq.Əzəllər həmdəmim olardı şadlıq,O adam deyiləm, deyiləm artıq.Bu gün də əlimdən çıxsa o dildar,Daha da pis günlər qismətim olar.Saqi, ver şərabı, dərdimə bir qal!Söz mənim oduma nal atmışdır, nal!Ver o şərabı ki, açardır, işə,Ruh ilə ruh kimi girir sazişə!<p>ATAMIN XATİRƏSİ</p>Atam Yusif ibni Zəki MüəyyidBabam tək dünyanı tərk edib getdi.Dövranın işidir nə etməliyəmNə üçün ağlayım, deyildir sitəm.Atalar yolunu çox gördüyümdən,Öz ata qəlbimi qopardım ki, mən,Ölüm tikanından süzülən zəhərCanıma yerisin, ərisin qəmlər.Saqi! Şərab ver ki, şirindir candan,Xıltı təmizləsin, çıxarsın qandan.Bir şərab gətir ki, onu içsə lal,O da nitqə gəlsin, dil açsın dərhal.<p>ANAM RƏİSƏNİN XATİRƏSİ</p>Kürd qızı anam da bizi tərk etdi,Bir ana qəlbiylə dünyadan getdi.Nə qədər ağlayıb, yansa da ürək,Anama dil verən varmıdır, görək?Çəkməklə qurtarmaz bu dərdi insan,Bu girdab dərindir insan boyundan.Daşmışdır ələmin, qəmin kasası,Bu qəm min nəfəsə içilər, azı.Bu ucsuz, bucaqsız dərd ölkəsinəDərdi unutmaqdır bir əlac yenə.Saqi! Şərab ver ki, mənzil uzaqdır,Xəyalım bu yolda yorulacaqdır.Bir şərab gətir ki, başa şur gəlsin,Hər addım başında min baş yüksəlsin.<p>DAYIM XACƏ ÖMƏRİN XATİRƏSİ</p>Xacə Ömər dayım ölüb gedəndə,Düşdüm müsibətə, bəlaya mən də.Bu acı tikənin acılığındanAhım boğazımda qurudu, inan.Ağlamam, fələkdən qorxum var, deyə,Qorxuram, dayımın ruhu inciyə.Saqi! Meyxananın şərab küpündənNargilə rəngində şərab ver ki, sən,Onda dəniz boyda səxavət olsun,Behişt şərbəti tək bir şərbət olsun.<p>KEÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ BAŞQALARI İLƏ MÜSAHİBLİK</p>Yetməzmi dostlardan vurduğum dəmlər?Hanı o mən deyən dostlar, həmdəmlər?Xurmanın şirəylə şadlanmağı var,Xurma yoldaşlıqla şirə yaradar.Bir də ipək taclı barama qurduTacını yoldaşlıq əliylə qurdu.Qarışqa birliklə göstərər hünər,Özündən çox böyük şeylər sürüyər.Dostluqda hər kimlə səsləşə bilsən,Onun pərdəsində nəğməni çal sən.Bu dar nəğməciyin öz pərdəsi var,Ahəngi bilməsən, dolaşıq çalar.Yalnız ipək deyil Çində toxunan,Gah qumaş, gah həsir toxuyur insan.Işə kömək etsə təmkinlik, əgər,Sonunda daima işlər düzələr.Bir çalğı tutmasa nəğməyə ahəng,Nəğmə çalınsa da tez kəsiləcək.Saqi! Ətir iyli şərab gətir sən,Gəl aç bu zənciri mən çarəsizdən.Bir şərab gətir ki, can şirəsidir,Gənclik küzəsinin yetirməsidir.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики