Читаем Leyli və Məcnun полностью

Bəli, söz sərrafı o vaxtdan bəriDüzmüş söz sapına bu inciləri:Məcnunun aqil bir dayısı vardı,Aşiqin halını yaxşı duyardı.Hünər sahibiydi o halalzada,Dadmışdı yaxşını, pisi dünyada.Ona deyirdilər Səlim Amiri,Samiri kimiydi ağlı, tədbiri.Yaralı Məcnunun oydu məlhəmi,Başından getməzdi aşiqin qəmi.Hər ay əl tutardı yazıq Məcnuna,Yemək də, paltar da verərdi ona.Bir gün o qəribin dalınca yenəDüşdü səhraların dərinliyinə.Qovdu çöldən-çölə öz dəvəsini,Dağ-daşı dolandı dəli div kimi.Gördü ki, tayfadan, zəncirdən kənar,Bir dağın dibində o tutmuş qərar.İki-üç vəhşi də bürümüş onu,Gəlib gedənlərin kəsmiş yolunu.Qorxdu vəhşilərdən yorğun müsafir,Uzaqdan-uzağa salam verdi bir.Məcnun o salamı eşidən zaman:«De, kimsən, nəçisən?» soruşdu ondan.O sa cavab verdi: «Amiriyəm mən,Yumruqlar yemişəm pis zəmanədən.S ənin öz dayınam, dərk elə, bala,Üzün möhtac deyil qara bir xala.Sən də həbəşilər kimisən bu gün,Üzün xal olmuşdur sənin büsbütün».Məcnun tanıyaraq, dedi: «Yaxın gəl».Onunla diz-dizə oturub, əvvəlOlandan, keçəndən xəbərlər tutdu,Söhbət şirin keçdi, dərdi unutdu.Səlim qəbristanda kəfənsiz qalanO çılpaq aşiqi gördüyü zamanBir əyin paltarı aldı yükündən,Məcnuna verərək söylədi: «Bil sən,Bu paltar halaldır, gey indən belə,Halalzadə kimi davran mənimlə».«Yox, mənim canımdan paltar uzaqdır,Geyinsəm bədənim od tutacaqdır.Zənn et ki, libasa mən meyil saldım,Sonrasa cıraraq, yenə lüt qaldım».Səlim çox əlləşdi orda, müxtəsər,Paltarı geydirdi ona bir təhər.Sonra heybəsini açıb tökərək,Gətirdi Məcnuna ət ilə çörək.Nə qədər dil töküb yalvardısa da,Məcnun bir tikə də yemədi əsla.Yeməzdi, içməzdi Məcnun bir kərə,Nə tapsa verərdi o vəhşilərə.Səlim soruşdu ki: «Ey bağrı qan, sənDanış, gecə-gündüz bəs nə yeyirsən?Adam ki, yeməklə, içməklə yaşar,Danış, adamsansa, nə xörəyin var?»Dedi ki: «Ey adı qəlbim tək Səlim,Hər sözü, söhbəti, salamı həlim,Könlümü doyuran yeməklər deyil,Səhər çağlarının nəsimidir bil.Budur, ac qalmaqdan canım sönmüşdür,Yemək qüdrətim də heçə dönmüşdür.Yarın qoqusunu gətirən küləkMənə həm su olur, həm də ki, çörək.Hər gecə daşların üzərindəyəm,Ağ gün görməmişəm bu yerdə bir dəm.Aclıqdan saralıb lap keçinirkən,Ağacdan kitirgə qoparıram mən,Gah da göz tikirəm ota, ələfə,O da həftədə yox, ayda bir dəfə.Yeməkdən əlimi üzmüşəm müdam,Yemək qayğısından tamam azadam.Boğazdan getməyir yediyim mənim,Udanda, inciyir bütün bədənim.Bu arıq canımla keçinirəm ac,Canımda yeməyə yoxdur ehtiyac…Lakin, buraxmaram ruzini əldən,Yeyənlər tapılar, yeməsəm də mən.Bir nemət yeyəndə aslanla maral,Onlar çeynədikcə doyuram dərhal».Səlim anladı ki, o mərd, o qoçaqÇörəksiz, ot ilə dolanır ancaq.Gülmədi aşiqin o xörəyinə,Dəyib toxunmadı onun qəlbinə.Dedi ki: — Dünyada yemək üzündənÇox quşlar tələyə düşmüşdür, bilsən.Nə qədər dən dərdi çəksə bir insan,Onunçün o qədər dərd verər zaman.Kim qənaət etsə ota, sənin tək,O öz aləminin şahıdır, gerçək.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики