Читаем Leyli və Məcnun полностью

O şəkərdillini Məcnun eşitcək,Ağzından söz tökdü o da şəkər tək:«Sən, ey böyüklüyü göylər calallı,Uca göylərdən də uca xəyallı,Viranə yerlərə sənsən şəhriyar,Ərəblər üzündə, ənbər xalın var.Sənin dərgahındır ilk qibləgahım,Canım canındandır, sənsən pənahım.Ömrün uzun olsun, daima yaşa,Səninlə bir vuraq dünyanı başa.Böyük xəzinədir bu nəsihətin,Yaramı bağladı mehrin, ülfətin.Ancaq, neyləyim ki, mən bəxti qaraXoşla düşməmişəm vəhşi dağlara.Doğrudur, dağılmış səbrim, qərarım,Özümdə deyildir öz ixtiyarım.Bağlanıb qalmışam, zəncirim dəmir,Görünür mənim də bəxtim belədir.Zənciri açmağa gücsüzəm bu dəm,Bu yükü üstümdən ata bilmərəm.Dedim ki, dönməsin ciyərin qana,Xəyal pərişandır, könül virana.Başımda partlayan bu ildırımdanMinlərcə xırmanlar yanmışdır, inan.Məzlum mən deyiləm yalnız bu yerdə,Yüzləri düşmüşdür mən düşən dərdə.Kölgə özbaşına düşməz quyuya,Göydə dayanmamış ay duya-duya.Filin vücudundan milçəyə qədər,Bu zülmü çəkməyən varmıdır məgər?Xalqın istəyincə olsaydı hər iş,Bir iş qalardımı xalq istəməmiş.Daşları əridir çəkdiyim kədər,Kim öz ürəyinə sıxıntı istər.Məni pis taleim təqib edir, bil,Heç kəs bədbəxtlikdən qurtaran deyil.Neyləyim, olsaydı əlimdən tutan,Ya günəş, ya da ay olardım, inan.Bizdən ixtiyarsız yaranmış hər iş,Insan iradəsi ona dəyməmiş.Başım bəlalıdır, ürəyim xal-xal,Dünyada varmıdır bir nəfər xoşhal.Vətən tozu kimi mənəm sərgərdan,Axır gözlərimdən yaş yerinə qan.Bükdüm ildırım tək dodağımı mən,Qorxub gülmədim ki, od tutar bədən.Deyirlər, nə üçün gülməyirəm bir?Ağlamaq qəmginlik əlamətidir.Ömrümdə şadlanıb gülsəm bircə gün,Qorxuram ağzımdan alov püskürsün.Kəklik qarışqanı dimdikləyərək,Onu dimdiyində sıxırdı bərk-bərk.Qarışqa kəkliyə gülərək bu an,Dedi ki: «Sən gülmək bacarmayırsan»Yazıq qarışqaya baxaraq dik-dik;«Bu mənim peşəmdir» söylədi kəklik.Sonra qəhqəhəylə o güldü birdən,Saldı qarışqanı öz dimdiyindən.Hər kim bu dünyada gülərsə artıq,Ondan uzaqlaşar məncə xoşbaxtlıq.Yersiz bir gülüşün nə mənası var?Yerində ağlamaq daha xoş olar.Mənim ki, nəsibim oldu əziyyət,Hansı bir günümlə mən olum rahət?Belində yük olan qoca bir eşşəkNə qədər ömrü var əzab çəkəcək,Rahat olmayacaq o əziyyətdən,Bir ölüm qurtarar onu bu dərddən.Demə məhəbbətə qılıncdan iti,Ürəkdir yaradan bu məhəbbəti.Qılınc oyunundan kim qaçsa, gerçək,Başı bir qılıncla vurulsun gərək,Eşqin qılıncından qorxmaz ki, heç kəs,Aşiqin başından qılınc əksilməz.Aşiq olan kimsə canından qorxmazCananını sevən cahandan qorxmaz.Girdi bulutlara o ay sirdaşım,Qoy qılınc altına qoyulsun başım.Bir baş verilməsə canana qurban,Qılınca və teştə layiqdir, inan.Bu odlara düşən canım naxoşdur,Bu naxoş canımın yanması xoşdur.Mən ki, söz olmuşam ağıza, dilə,Sən də unut məni bu gündən belə».Ata dinlədikcə yazıq oğlunu,Ağladı, ağladı, yaş boğdu onu.Bir yanda atası dayanmış giryan,Bir yanda balası yıxılmış üryan.Sonra evlərinə onu apardı,Təsəlli verərək öpdü, yalvardı.O sinəsi dağlı, o bəxti qaraQəfəsdə quş kimi düşmüşdü dara.Evdə iki-üç gün qara bağladıBu acı səhnəni görən ağladı.O pərdəni yırtıb, ah çəkdi yenə,Baş alıb yollandı çölün düzünə.Əzab içindəydi həyatı ancaq,Ölümdən pis idi ona yaşamaq.Məhəbbət coşdurdu onun ruhunu,Yenə Nəcd dağına apardı onu.Əli daş kimiydi, ayağı dəmir,Dağı dolaşırdı o havalı şir.Orda gurladıqca Məcnunun səsi,Bir qəzəl deyirdi hər zümzüməsi.Ellər, obalar da yığışıb səf-səfGəlirdi heyrətlə o dağa tərəf.Eşitdikdə ondan nadir bir inci,Xatirə qələmə tutub birinci.Töhfə apardılar diyarbədiyar,Aşiqlər nəğmədən varlanırdılar.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики