Читаем Leyli və Məcnun полностью

<p>MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ</p>İpək paltarını geydi asiman,Göy öz sırğasını taxdığı zaman.Ulduzlar civə tək səpələndilər,Şəfəqdə qalmadı onlardan əsər.Qəlbi civə kimi dağınıq Məcnunİki-üç dostuyla yaralı, məhzun,Şərqilər deyərək, yola düzəldi,Qaçaraq Leylinin yurduna gəldi.Səbir kömləyini parçalayaraq,Canan yollarında inlədi ancaq.Könül xırmanını dolaşıb yalnız,Təsəlli gəzirdi o Məcnun baxtsız.Oxuya-oxuya o, sərxoşlar tək,Döyürdü başına, üzünə bərk-bərk.Qüvvədən düşmüşdü o talei kəm,Yarın çadırına yetişdi sərsəm…Ərəb adətiylə oturub o qız.Çadırda yollara baxırdı yalnız.Leyli bir ah çəkdi, görüb Məcnunu,Məcnun da fəryadla səslədi onu.Leyli ulduz kimi çadırda təkdi,Məcnun sanki pərdə tutan fələkdi.Leyli duvağını üzündən açdı,Məcnun gileylənib, dərddən söz açdı,Leyli çəng tutmuşdu bağrı başında,Məcnun rübab kimi əli başında.Leyli səhər kimi işıqlanırdı,Məcnun da şam kimi qəmdən yanırdı.Leyli bağ içində gözəl bir bağdı,Məcnun dağ üstündə böyük bir dağdı.Leyli yaranmışdı ay kimi parlaq,Məcnun ipək kimi qaraydı ancaq.Leyli gül saçırdı ağaclara, bax,Məcnun dürr səpirdi şabaş olaraq.Leylini sormayın, pəriydi o can,Məcnun bir od idi, nə deyim ondan?Leyli-qış görməmiş yasəmən kimi,Məcnun-xəzan vurmuş bir çəmən kimi.Leyli parlayırdı sübhün qızı tək,Məcnun da sönürdü dan ulduzu tək.Leyli dağıtmışdı saçını nazla,Məcnun qul olmuşdu min iltimasla.Leyli can bəsləyən şərbət içirdi,Məcnun yaxa yırtıb, candan keçirdi.Leyli toxuyurdu qəlbində ipək,Məcnun alışırdı bir üzərlik tək,Leyli boy atırdı qızıl gül kimi,Məcnun ağlayırdı bir bülbül kimi.Leyli keçirdikcə zülfü şanədən,Məcnunun göz yaşı axırdı dən-dən.Leylinin əlində müşkin piyalə,Məcnun mey ətriylə dalmış xəyalə.Bunu əyləndirir canan səfası,Ona xoş gəlirdi aşiq vəfası.Onları görməsin, deyərək, əğyar,Qərib tək uzaqdan baxışırdılar.Bunu da çox gördü onlara zaman,Quru bir baxış da çıxdı ortadan.<p>MƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETMƏSİ</p>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики